Auditoriya və auditoriyadankənar yükün hesablanması üçün işçi qrupun ilk iclasları keçirilib
14.03.2025-ci il tarixdə Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının nəzdində yaradılmış Auditoriya və auditoriyadankənar yükün hesablanması üçün işçi qrupun ilk iclası keçirilmişdir. İclas geniş müzakirələr və fikir mübadiləsi şəraitində gerçəkləşdi, işçi qrupun fəaliyyətinə dair rəy və təkliflər dinlənildi.
19.03.2025-ci il tarixdə Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının nəzdində yaradılmış Auditoriya və auditoriyadankənar yükün hesablanması üçün işçi qrupun növbəti iclası keçirildi. İclasda Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının fəaliyyət planında yer alan fəaliyyətlərin həyata keçirilməsinin təmin edilməsi məqsədilə Auditoriya və auditoriyadankənar yükün hesablanması üçün işçi qrupun hazırladığı iş planı müzakirə olunaraq təsdiq edildi.