Beynəlxalq sərgidə GDU-nun nailiyyəti
Oktyabrın 10-12-də dünyanın 20 ölkəsindən 122 iştirakçının qatıldığı VIII Azərbaycan Beynəlxalq Təhsil və Karyera sərgisində Gəncə Dövlət Universiteti də fəal iştirak etmişdir. Universitetimizin sərgisi rektor, professor Yusif Yusibovun dəstəyi, universitetin elm və texnika üzrə prorektoru, dosent Pərvin Kərimzadənin, informatika kafedrasının müəllimi Vasif Həsənovun, universitet Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Pərviz Adıgözəlovun təşkilatçılığı ilə təşkil olunmuşdur. […]




