“Azərbaycan dilinin orfoepiya və orfoqrafiya normaları”na dair təlim sual-cavab əsasında təşkil olunub

19 may 2025-ci il tarixdə Gəncə Dövlət Universitetinin Azərbaycan dili kafedrası tərəfindən  “Azərbaycan dilinin orfoepiya və orfoqrafiya normaları” mövzusunda təlim keçirilib. Təlimdə Azərbaycan dili kafedrasının professoru Mübariz Yusifov çıxış edərək Azərbaycan dilinin orfoepiya normalarının tətbiqinin düzgün danışıq qaydalarına riayət etmək baxımından praktik və strateji xarakter daşıdığını qeyd edib, vahid danışıq normalarına riayət edilməsini zamanın əsas tələbi olduğunu, anlayışların maneəsiz ötürülməsinin, yayılmasının və mənimsənilməsinin vacibliyini vurğulayıb.

 “Azərbaycan dilinin orfoqrafiya normaları” mövzusunda məruzə ilə çıxış edən Azərbaycan dili kafedrasının baş müəllimi Mətanət Mahmudova müxtəlif illərdə dilimizin orfoqrafiya qaydalarında olan dəyişikliklər haqqında məlumat verib, Azərbaycan və alınma sözlərin yazılışında əsas götürülən prinsiplərdən danışıb. Həmçinin düzəltmə, mürəkkəb sözlərin, abreviaturların, ixtisarların, köməkçi sözlərin, şəkilçilərin düzgün yazılışı, istisnalar və problemlər haqqında geniş məlumat verib.