BEYNƏLXALQ ELMİ-PRAKTİKİ KONFRANS DAVAM ETMİŞDİR
13 may 2016-cı il tarixdə Gəncə Dövlət Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Müasir kimya və biologiyanın aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans bölmələrdə davam etmişdir.
AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı və professor İmir Əliyevin həmsədrliyi ilə “Qeyri-üzvi kimyanın müasir problemləri”, akademiklərdən Fuad Əliyev, Vaqif Fərzəliyev, dosent İsfəndiyar Alverdiyev və fəxri professor Qulu Qurbanovun həmsədrliyi ilə “Üzvi kimyanın müasir problemləri”, professor Hikmət İbrahimovun sədrliyi ilə “Neft kimyası və neft-kimyəvi sintezin müasir problemləri”, akademik Vaqif Abbasovun və professor Siracəddin Sərkərovun sədrliyi ilə “Biokimya və biofizikanın müasir problemləri”, professor Nazim Yusifovun və dosent Arif Hüseynovun həmsədrliyi ilə “Aqrokimya və torpaqşünaslığın müasir problemləri”, AMEA-nın müxbir üzvü, professor Elşad Qurbanovun, AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru Tofiq Məmmədovun və professor Vaqif Novruzovun həmsədrliyi ilə “Botanikanın müasir problemləri”, akademiklərdən Qərib Məmmədovun, Vaqif Abbasovun və professor Məcnun Babayevin həmsədrliyi ilə “ Ümumi biologiyanın müasir problemləri”, professorlardan Cahanbıxş Nəcəfovun, Mirzə Əliyevin və dosent Güləbatın Hümbətovanın həmsədrliyi ilə “ Zoologiyanın müasir problemləri”, professor Sevda Əhmədovanın sədrliyi ilə “Ekologiyanın müasir problemləri”, akademik Məmməd Salmanovun və AMEA-nın müxbir üzvü Pənah Muradovun “Mikrobiologiyanın müasir problemləri”, professor Nazim Yusifovun, dosentlərdən Arif Hüseynovun və Hüseynağa Əsədovun həmsədrliyi ilə “Aqrar elmlərin müasir problemləri” mövzusunda onlarla məruzə dinlənilmiş, fikir mübadiləsi aparılmışdır.