Beynəlxalq təlimdə iştirak edən digər əməkdaşlarımız da Sertifikatlarla təltif olunublar

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi və Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu dünyanın aparıcı onlayn təhsil platforması olan “Coursera” ilə birgə “4SİAkademiyası” çərçivəsində Milli Proqrama start verilmişdir. Proqramın əsas məqsədi ölkədə rəqəmsal iqtisadiyyatın inkişafına və rəqabət qabiliyyətli insan kapitalının formalaşdırılmasına dəstək verməkdir.

 Gəncə Dövlət Universitetinin Fizika kafedrasının baş müəllimi, fizika üzrə fəlsəfə doktoru Sevinc İmanova İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu və “Coursera” şirkət ilə birgə icra olunan  “Coursera” platfromasında 6 həftəlik lisenziya ilə dünyanın qabaqcıl universitetləri – Yel Universiteti ( Moral foundations of Politics), Amsterdam Universiteti ( Classical Sociological Theory), Miçiqan Universiteti ( Social work practise: Asvocating Social  justice and change) , Californiya Universiteti Santa Cruz ( Feminizm and Sosial Justice), Corciya Texnologiya Institutu ( Speak English professionally, Write Professional Emails in English ) Pensilvaniya Universiteti ( Ancient philosophi), London Universiteti (Research methods) , Cenevrə Universiteti ( Political citizenship) tərəfindən təşkil olunan  online kurslara qatılıb və Sertifikat əldə etmişdir.

Gəncə Dövlət Universitetinin daha bir əməkdaşı- Anatomiya, fiziologiya və zoologiya kafedrasının dosenti Tükəzban Rüstəmova “Coursera” platforması vasitəsilə müxtəlif nüfuzlu beynəlxalq təhsil qurumlarının onlayn ixtisasartırma proqramlarını uğurla başa vuraraq Sertifikatlarla təltif olunub.

Tükəzban Rüstəmova tamamladığı proqramlarla fiziologiya, anatomiya, robototexnika və müasir texnologiyalar sahəsindəki bilik və bacarıqlarını genişləndirib. Əməkdaşımızın tamamladığı proqramlar arasında “Basics of Extracellular Vesicles” (Hüceyrədənkənar vezikulların əsasları, University of California, Irvine), “Extracellular Vesicles in Health and Disease” (Sağlamlıq və xəstəlikdə hüceyrədənkənar vezikullar, University of California, Irvine), “Anatomy & Physiology: Regulation, Integration, & Control” (Anatomiya və fiziologiya: tənzimləmə, inteqrasiya və nəzarət, Rice University), “Introductory Human Physiology” (İnsan fiziologiyasına giriş, Duke University), “Vital Signs: Understanding What the Body Is Telling Us” (Həyati göstəricilər: bədənin bizə nə dediyini anlamaq, University of Pennsylvania), “Rəqəmsal texnologiyanın gücü: STEM-də texnoloji trendlər”, “STEM sahəsində mühəndisliyə qısa bir baxış”, “Robotikaya giriş: STEM-də Ağıllı sistemlər dünyası” və “STEM-də elmin rolu: kəşflərə aparan yol” (Safavy 4IR Academy) kimi ixtisaslaşmış təlimlər yer alır.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti