Bəşər tarixində bir vəhşilik aktı: Xocalı soyqırımı
Bəşər tarixinin ən qanlı faciələrindən olan Xocalı soyqırımının 27-ci ildönümü Gəncə Dövlət Universitetinin kollektivi tərəfindən dərin kədər və hüznlə anılıb. Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, tədbirdən əvvəl foyedə sərgilənən və Xocalı dəhşətlərini əks etdirən rəsm əsərlərinə baxış olub. Sonra Xocalıda şəhid olan soydaşlarımızın xatirəsi yad edilib, faciəyə həsr olunan videoçarx göstərilib. […]










