Gəncə Dövlət Universitetində keyfiyyət mədəniyyətinə dair təlim keçirilib
Gəncə Dövlət Universitetində ali təhsildə keyfiyyətin yüksəldilməsi və institusional inkişafın dəstəklənməsi məqsədilə “Ali təhsildə keyfiyyət mədəniyyətinin formalaşdırılması və tətbiqi” mövzusunda təlim keçirilib. Universitetin Keyfiyyətin Təminatı Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirdə fakültə dekanları, kafedra müdirləri və struktur rəhbərləri iştirak ediblər. Təlimin əsas məqsədi universitetdə keyfiyyət mədəniyyətinin genişləndirilməsi, daxili keyfiyyət təminatı proseslərinə əməkdaşların fəal şəkildə cəlb […]










