DIRNA layihəsi çərçivəsində onlayn görüş təşkil edilib
DIRNA layihəsi çərçivəsində tərəfdaş universitetlərin iştirakı ilə növbəti onlayn görüş 24 noyabr 2025-ci il tarixində təşkil edilib. Görüş layihənin dördüncü iş paketinə uyğun olaraq “Tədqiqat Fəaliyyətləri üzrə Daimi Seminarlar” adlı D4.5 tapşırığı çərçivəsində Xəzər Universitetinin Kitabxana-İnformasiya Mərkəzinin direktoru Aytac Misgərlinin moderatorluğu ilə keçirilib.
Tədbirdə Yuväskylä Universitetinin (Finlandiya) nümayəndəsi Saana Mehtälä “İnklüziv təhsildə məlumatların idarə edilməsi, açıq elm resursları və tədqiqat əlçatanlığı” mövzusunda təqdimat edib. O, Yuväskylä Universitetinin rəqəmsal platforması olan JYX haqqında məlumat verib və məlumatların və metaməlumatların təqdim edilməsi prosesini ətraflı şəkildə təqdim edib. Daha sonra o, Converis tədqiqat informasiya sistemi (CRIS) haqqında danışıb və iştirakçılara sistemin tədqiqatçıların elmi fəaliyyətlərinin görünürlüyünü artırmaqda, əlçatanlığı artırmaqda və təsirini genişləndirməkdə verdiyi dəstəyi izah edib.
İştirakçılar arasında böyük maraq doğuran görüş sual-cavab müzakirələri ilə başa çatıb.


