“NİZAMİ GƏNCƏVİ YARADICILIĞINDA MULTİKULTURALİZM” MÖVZUSUNDA USTAD DƏRSİ
Gəncə Dövlət Universitetinin Xarici dillər fakültəsində “Nizami Gəncəvi yaradıcılığında multikulturalizm” mövzusunda ustad dərsi təşkil olunub. Universitetin Nuru Paşa adına kitabxanasında keçirilən dərsdə professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Ustad dərsində Azərbaycan Dillər Universitetinin Linqvokulturologiya kafedrasının professoru, filologiya elmləri doktoru Məsməxanım Qazıyeva dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığında multikultural dəyərlərin təcəssümündən ətraflı bəhs […]










