Ağstafada YUXARI SİNİF ŞAGİRDLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİBLƏR
Gəncə Dövlət Universitetinin (GDU) professor-müəllim heyəti Ağstafa rayon Təhsil sektorunda orta ümumtəhsil məktəblərin yuxarı sinif şagirdləri ilə görüş keçiriblər. Ağstafa rayon Təhsil sektorunun əməkdaşı çıxış edərək görüşün əhəmiyyətindən danışıb. Diqqətə çatdırıb ki, məqsəd Gəncə Dövlət Universiteti ilə rayonda fəaliyyət göstərən ümumtəhsil məktəbləri arasında əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirmək və universitetdə tədris olunan ixtisaslar barədə şagirdləri […]










