GDU-da iclas keçirilib

Gəncə Dövlət Universitetində 2025/2026-cı tədris ilinin payız semestrinin imtahan  sessiyasına hazırlıq səviyyəsinin öyrənilməsi, imtahanların tələbə məmnunluğu şəraitində şəffaf və obyektiv keçirilməsinin təmin edilməsi və tədrisin  keyfiyyətinin daha da yüksəldilməsinə dair iclas keçirilib.

İclasda universitetin rektoru Yusif Yusibov, prorektorlar, departament direktorları, fakültə dekanları və şöbə müdirləri iştirak ediblər.

Rektor Yusif Yusibov giriş sözü ilə çıxış edərək bildirib ki, ali təhsil ocağnın əsas hədəfi müasir dövrün əmək bazarının tələblərinə cavab verən yüksəkixtisaslı kadrların hazırlanmasıdır. Universitet rəhbərliyi hər zaman tələbələrin yanındadır, tədrisin keyfiyyətinin yüksəldilməsi və tələbələrin məmnunluğunun təmin edilməsi qarşıda duran əsas məsələlərdəndir.

İclasda rektor fakültələr üzrə 2025/2026-cı tədris ilinin payız semestrinin imtahan  sessiyasına hazır­lığın vəziyyəti ilə yaxından maraqlanıb, tələbələrin biliyinin obyektiv və şəffaf qiymətləndirilməsinə, o cümlədən neqativ halların baş verməməsinə, əmək intizamının, davamiyyət və təhsilin keyfiyyətinin yüksəldilməsinə dair mühüm tapşırıqlar verib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti