Gəncə Dövlət Universitetində təhsil alan türkiyəli tələbələrlə görüş keçirilib
Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Yurdagül Aydoğan və Türkiyə Respublikasının Gəncədəki Baş Konsulu Recep Öztop Gəncə Dövlət Universitetində təhsil alan türk tələbələrlə görüş keçiriblər. Görüşdə millət vəkili, GDU-nun Elm və İnnovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə qonaqları salamlayaraq, universitetin maddi-texniki bazası, Türkiyənin ali təhsil müəssisələri ilə olan əlaqələri və ikili diplom proqramı haqqında ətraflı məlumat verib. […]










