Gəncə Dövlət Universitetində “Məişət zorakılığı və İnsan alverinə qarşı mübarizə” mövzusunda tədbir keçirilib
Gəncə Dövlət Universitetinin ikinci tədris korpusunda Fizika və Texniki fənlər fakültəsi ilə Pedaqoji fakültə birlikdə “Məişət zorakılığı və İnsan alverinə qarşı mübarizə” mövzusunda tədbir təşkil edib. Tədbiri giriş sözü ilə açan Universitetin Humanitar məsələlər üzrə prorektoru dosent Gülsüm Fətəliyeva bildirib ki, 10 oktyabr 2006‐cı il tarixində Azərbaycan Respublikasının “Gender bərabərliyinin təminatları haqqında” Qanunu […]










