Dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi konfrans

Konfransın işi aşağıdakı elmi istiqamətlərə həsr olunacaq:
• Nizami ədəbi məktəbi;
• Nizami irsi və klassik Şərq ədəbiyyatında forma, janr və poetika məsələləri;
• Şərq və Qərb ədəbiyyatlarına Nizami təsiri;
• Nizami yaradıcılığında multikultural və tolerant dəyərlər;
• Nizami irsi tədqiqatçıların elmi araşdırmalarında və nizamişünaslığın aktual problemləri;
• Nizami irsinin folklor qaynaqları;
• Nizami “Xəmsə”si və “Divan”ının müxtəlif dillərə tərcüməsi problemləri;
• Nizami yaradıcılığı və türkçülük;
• Nizami poeziyası musiqidə və təsviri sənətdə.

Sizi bu konfransda iştirak etməyə dəvət edirik.
Konfransın işçi dilləri: Azərbaycan, rus, ingilis.
İştirakla bağlı məlumat və məqalə elektron formada 5 noyabr 2021-ci ildən gec olmayaraq aşağıdakı ünvana göndərilməlidir:
E-mail: elm@gdu.edu.az

FORMA 1. Məqalənin tərtibi qaydaları

  1. Həcm: 3 səhifəyə qədər, format A4, ölçü 12, şrift Times New Roman, hər tərəfdən 2,5 sm., 1 interval, abzas 1. Mətn sətirdən sətirə keçirilmədən yığılmalıdır.
  2. Konfransın işçi dilləri: Azərbaycan, rus, ingilis.
  3. Xülasə: Azərbaycan, rus, ingilis dili.
  4. Konfransa problem xarakterli məqalələr qəbul olunur.
  5. Açar sözlər məqalənin adından sonra göstərilməlidir.
    Ədəbiyyata istinadlar aşağıdakı şəkildə olmalıdır: kvadrat mötərizədə, mənbənin nömrəsi, səhifə. Məs: [2] və ya [2, səh.14-15].

Materialların strukturu:

  1. Müəllifin soyadı, adı, atasının adı, elmi dərəcəsi- qalın şriftlə;
  2. Məqalənin adı böyük hərflərlə-qalın şriftlə;
  3. Təşkilat və şəhərin adı-adi şriftlə;
  4. Hər bir müəllifin adına bir məqalə olmalıdır.

Konfransa qoyulan tələblərə cavab verməyən məqalələr qəbul edilməyəcək, bununla bağlı müəlliflərə əlavə izahat verilməyəcək.
Məqaləyə görə bütün məsuliyyəti müəllif daşıyır.
Təşkilati məsələlərlə bağlı suallarınızı bu ünvana göndərə bilərsiniz: AZ -2000, Heydər Əliyev prospekti 429, Gəncə Dövlət Universiteti, Gəncə şəhəri, Azərbaycan Respublikası.
E-mail: elm@gdu.edu.az (+99422) 266 01 88.