DIRNA layihəsi çərçivəsində “Müəllif hüququ və plagiat” mövzusunda təlim təşkil edilib

27 fevral 2025-ci il tarixində Xəzər Universitetinin koordinatoru olduğu ERASMUS+DIRNA layihəsi çərçivəsində Xəzər Universitetinin İqtisadiyyat və İdarəetmə Fakültəsinin dekanı Raziyə İsayeva tərəfindən “Müəllif Hüququ və Plagiat” mövzusunda təlim sessiyası keçirilib.

Təlimə layihə tərəfdaşı universitetləri həm əyani, həm də onlayn şəkildə, o cümlədən Xəzər Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Dövlət Gömrük Komitəsi Akademiyası, Naxçıvan Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Lənkəran Dövlət Universitetinin əməkdaşları qatılıb.

Təlimçi aşağıdakı mövzular üzrə ətraflı məlumat verib: “Müəllif Hüquqları nədir?”, “Tədqiqatda tədqiqat müəllif hüquqları kimə məxsusdur?”, “Müəllif müqavilələri vasitəsilə müəllif hüquqlarının ötürülməsi”, “Tədqiqatda müəllif hüquqları ilə qorunan materiallardan istifadə”, “Plagiat nədir?”, “Plagiat növləri”, “Düzgün sitat və istinad”, “Sitat və istinad idarəetmə vasitələri”, “Plagiat aşkarlama metodları”.

Təlim mövzu ətrafında müzakirələrlə başa çatıb.