Eduman – Təhsil Idarəetmə sistemindən istifadə qaydasına dair tələbələr üçün təlimlər keçirildi

16 fevral 2024-cü il tarixdən etibarən Gəncə Dövlət Universitetində rektor Yusif Yusibovun müvafiq əmrinə əsasən seçilmiş ixtisaslarda tədrisin təşkili elektron formada həyata keçirilir.

         Seçilmiş ixtisaslarda təhsil alan tələbələr üçün təlimatlar hazırlanıb universitetin saytına yerləşdirilib və hər bir fakültədə Eduman üzrə  fakültə adminləri tərəfindən təlimlər təşkil edilib.

       Təlimlərdə tələbələrə EduMan – Təhsil İdarəetmə Sisteminin üstünlükləri qeyd edilməklə,  fənn kataloqu,  akademik qrup, fənn üzrə qrup, fənn üzrə yarımqrup, tədris planı, təqvim planı, elektron Jurnal, tələbə kabineti, hesabat modulları haqqında ətraflı məlumat verilib, eləcə də iş prinsipi izah edilib.

      Təlimin əsas məqsədi seçilmiş ixtisaslarda təhsil alan tələbələrin elektron idarəetməyə dair bilik və bacarıqlarının təkmilləşdirilməsi, kabinetlərindən tədris materiallarının və tədris göstəricilərinin əldə edilməsi qaydalarının öyrədilməsidir.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti