Elmi-Metodiki Şuranın növbəti iclası keçirilib
Gəncə Dövlət Universitetinin Elmi-metodiki Şurasının 5 saylı iclası keçirilib. İclası sədr, Tədris məsələləri üzrə prorektor Şahin Xurşudov açaraq gündəlik məsələ haqqında iştirakçılara ətraflı məlumat verib. O bildirib ki, iclasda bakalavriat təhsil səviyyəsi üçün hazırlanan, Təhsil proqramında nəzərdə tutulan fənn proqramlarına qrif verilməsi, ali məktəb tərəfindən müəyyən edilən fənlərə aid fənn proqramına qrif verilməsi, magistratura şöbəsində əyani təhsil forması üzrə fəaliyyət göstərən ixtisaslarda tələbələr tərəfindən seçilən fənlərin əmrləşdirilməsi, İqtisadiyyat və idarəetmə fakültəsində ixtisasların əmək bazarının tələbinə uyğun mütəxəssis hazırlığının həyata keçirilməsi məqsədilə tədris planının ali məktəb tərəfindən müəyyən edilən fənlər blokunda dəyişikliklərin edilməsi məsələsi, eləcə də Elmi-metodik Şuranın fəaliyyət planı üzrə aparılan işlər və digər məsələlər müzakirə edilməlidir. İclasda müzakirə edilən bütün məsələlər qənaətbəxş hesab edildiyi üçün rektorluq tərəfindən əmrləşdirilməsi təklif edilərək qərar qəbul olunub.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti