ELMİ-TƏDQİQAT VƏ TƏDRİS FƏALİYYƏTİNİN TƏHLİL EDİLMƏSİ ÜÇÜN İŞÇİ QRUPUN İLK İCLASI KEÇİRİLDİ

İclasın sədri çıxış edərək bildirdi ki, Akkreditasiya prosesinin yekun hesabatında GDU-ya təqdim edilən tövsiyələrin icrasına dair Fəaliyyət Planının hazırlanması tələb olunmuşdur. Tələb olunan fəaliyyət planı işçi qrup tərəfindən hazırlanmış və universitet Elmi Şurasının 04.03.2025-ci il tarixli  qərarı və rektorluğun 07.03.2025-ci il tarixli 5/125 saylı əmri ilə təsdiq edilmişdir. Hazırlanmış fəaliyyət planı Elmi Şurada təsdiq edilməzdən öncə  Təhsildə Keyfiyyət Təminatı Agentliyinə təqdim edilmiş və razılaşdırılmışdır.

Hazırlanmış fəaliyyət planında qeyd edilən bəzi fəaliyyətlərin icrası üçün rektorluğun 05.03.2025-ci il tarixli 5/108 saylı əmri ilə Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının Əsasnaməsi, eyni zamanda rektorluğun 06.03.2025-ci il tarixli 5/112 saylı əmri ilə Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyası və onun tərkibi təsdiq edilmişdir. Bundan sonra rektorluğun 07.03.2025-ci il tarixli 5/117 saylı əmri ilə Kafedralarda elmi-tədqiqat və tədris fəaliyyətinin təhlil edilməsi, bu istiqamətdə nəzarətin gücləndirilməsi  üçün işçi qrupu yaradılmışdır.

Bu səbəbdən, iclasda işçi qrupun iş prosesinin təşkili, vəzifə bölgüsü və qarşıda duran vəzifələr ətrafında müzakirə aparılmalı və müvafiq qərar qəbul edilməlidir.

Bundan sonra işçi qrupun üzvlərindən Cəlilov Azər Müzadil oğlu, Vəliyev Maqsud Rauf oğlu, Qasımova Aynur Ramazan qızı, Quliyeva Sevinc Sabir qızı, Cəfərova Gülnarə Tuhid qızı, Meşaik Seymur Arif oğlu, Əzizov Rəvan Rövşən oğlu, Əhmədova Ayşən Məhəmməd qızıƏhmədova Aytən Arzulla qızı, Rüstəmova Tükəzban Vaqif qızı, Ələkbərova Lalə Vüsal qızı çıxış ediblər.

İclasda elmi-tədqiqat və tədris fəaliyyətinin təhlil edilməsi, bu istiqamətdə nəzarətin gücləndirilməsi  proseduru üzrə tələb olunan məsələləri izah edərək, Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının daxilində fəaliyyət göstərən işçi qrupun səmərəli və məqsədyönlü fəaliyyəti istiqamətində atılacaq addımlarla bağlı zəruri informasiyaları iclas iştirakçıları ilə bölüşdülər.

Fəaliyyət planında göstərilən fəaliyyətlərin hər bir işçi qrupun üzvü tərəfindən diqqətlə öyrənilməsinin və təhlil edilməsinin vacibliyini vurğulandı. Fəaliyyətlərin icrasının yalnız müvafiq sahə üzrə mütəxəssislərin fəal iştirakı ilə mümkün olacağını və bu səbəbdən hər bir tövsiyənin ətraflı şəkildə araşdırılmasının zəruri olduğunu qeyd edildi.

Sədr fəaliyyətlərin düzgün icrası üçün hər bir üzvün bu prosesə müvafiq yanaşması və fəal iştirakı ilə yanaşı, həmin fəaliyyətlərin icrasının düzgün şəkildə izlənməsinin də əhəmiyyətli olduğunu qeyd etdi.

Həmçinin vurğulandı ki, iş planında nəzərdə tutulan hər bir addımın universitetin siyasət və təlimatlarında əksini tapmış prinsip və qaydalara uyğun olmasına diqqət yetirilsin.

Yekunda Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının fəaliyyət planında qeyd olunan fəaliyyətlərin icrasının təmin edilməsi məqsədilə işçi qrupun iş planının hazırlanması, iş planının universitetin strateji məqsədlərinə və akkreditasiya qiymətləndirməsinin nəticələrinə əsaslanaraq tərtib edilməsi, işçi qrupun struktur bölmələri ilə koordinasiyalı şəkildə fəaliyyət göstərməsi, işçi qrupun növbəti iclasının 19 mart 2025-ci il tarixində keçirilməsi qərara alındı.