(ENGAGE) Erasmus+ layihəsi çərçivəsində növbəti təlimlər baş tutub

Gəncə Dövlət Universitetinin tərəfdaşlığı ilə və Mingəçevir Dövlət Universitetinin koordinatoru olduğu Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) Erasmus+ layihəsi çərçivəsində növbəti təlimlər baş tutub. Təlim zamanı ilkin olaraq ENGAGE layihəsi təqdim olunub. Daha sonra İnnovasiya nədir, İnnovasiyanın növləri, Sosial İnnovasiya mövzularına toxunulub və İnnovasiya sahəsində İsveç təcrübəsindən danışılıb.