Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 3 il ötür

   44 günlük Vətən Müharibəsi dövründə Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından üç il ötür.

    2020-ci il oktyabrın 11-də gecə saat 02.00 radələrində Gəncə şəhərinin mərkəzi düşmənin ballistik raket hücumuna məruz qalıb. Çoxmənzilli yaşayış binalarının raket atəşinə tutulması nəticəsində 10 nəfər şəhid olub, 40 nəfər yaralanıb.  10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.

   Qeyd edək ki, Vətən müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.