Filologiya fakültəsində 8 Noyabr -Zəfər Günü münasibəti ilə tədbir keçirilib
Gəncə Dövlət Universitetinin Filologiya fakültəsində 8 Noyabr -Zəfər Günü münasibəti ilə tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva giriş sözü ilə açaraq bildirib ki, sentyabrın 27-dən başlayan, 44 gün davam edən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin – müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi.
Tədbirdə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı uğurlardan və hazırda işğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilən abadlıq və quruculuq işlərindən danışılıb.
Sonda Zəfər Gününə həsr edilmiş bədii hissə nümayiş olunub.


