Fransız dili kafedrasının ixtisaslı müəllimləri tərəfindən təlimlər keçiriləcək
Gəncə Dövlət Universitetində 19, 20, 21 may 2025- ci il tarixlərdə “Dilin öyrənilməsində kommunikativ üsullardan istifadə yolları” mövzusunda təlim təşkil olunacaq.
Təlimin məqsədi müəllim heyətinin xarici dildə kommunikativ üsullardan istifadə üzrə biliklərinin təkmilləşdirilməsidir.
Təlimlər Fransız dili kafedrasının ixtisaslı, təcrübəli müəllimləri Anar Həmidov, Şahnaz Şamilova və Günel Hüseynova tərəfindən aparılacaq.