Gəncə Dövlət Universiteti beynəlxalq reytinq agentliklərinin müxtəlif kateqoriyalar üzrə təşkil etdiyi reytinqlərdə iştirak edir

2025-ci ildə Gəncə Dövlət Universiteti beynəlxalq reytinq agentliklərinin müxtəlif kateqoriyalar üzrə təşkil etdiyi reytinqlərdə iştirak edir:

THE “Impact Ranking 2025”

Bu kateqoriyada universitetlər müxtəlif dayanıqlı inkişaf məqsədləri üzrə ekoloji davamlılıq, sosial inklüzivlik, iqtisadi artım kimi mövzularda dünyanın ən aktual problemlərinin həllinə verdiyi töhvələr əsasında iştirak edirlər. THE “Impact Ranking 2025”-in nəticələri 16-19 iyun 2025-ci il tarixlərində İstanbulda 5000-dən çox insanın iştirakı ilə təşkil olunacaq Qlobal Dayanıqlı İnkişaf Konqresində elan ediləcək.

THE-nin Asiya Ali Təhsil Mükafatları 2025 Müsabiqəsi

Bu müsabiqədə Gəncə Dövlət Universiteti “Ətraf Mühitə Verilən Müstəsna Töhfə” kateqoriyasında iştirak edir. Universitet müsabiqəyə Avropa Yenidənqurma və İnkişaf Bankı, Qafqaz Regional Ekoloji Mərkəzi, İngiltərənin Atkins Realis təşkilatı, və nəhayət Gəncə Dövlət Universitetindən ibarət konsorsiumun birgə hazırladığı Gəncə Yaşıl Şəhər Fəaliyyət Planına verdiyi töhvələr əsasında müraciət etmişdir. Müsabiqənin qaliblər bu il 22 apreldə, THE Asiya Universitetləri Sammitinin ilk günündə Makao Elm və Texnologiya Universitetində keçiriləcək mükafatlandırma mərasimində elan ediləcək.

THE “İnterdisiplinar Elm Reytinqi”

THE-nin “Schmidt Science Fellows” təşkilatı ilə birgə hazırladığı “İnterdisiplinar Elm Reytinqi” dünyanın aparıcı universitetlərinin interdisiplinar araşdırmalar sahəsində əldə etdikləri göstəriciləri əsasında hazırlanır.

İnnovasiya üzrə Dünya Universitetləri Reytinqi

İnnovasiya üzrə Dünya Universitetləri Reytinqinə (The WURI) aparıcı təhsil müəssisələri sənaye və cəmiyyətə təhsildə innovasiya, tədqiqat, ictimai əlaqələr vasitəsilə töhvələri əsasında müraciət edir. Universitet müsabiqəyə Avropa Yenidənqurma və İnkişaf Bankı, Qafqaz Regional Ekoloji Mərkəzi, İngiltərənin Atkins Realis təşkilatı, və nəhayət Gəncə Dövlət Universitetindən ibarət konsorsiumun birgə hazırladığı Gəncə Yaşıl Şəhər Fəaliyyət Planına verdiyi töhvələr əsasında müraciət etmişdir. Gəncə Dövlət Universitetinin bu reytinq üzrə mövqeyi 9-11 iyul 2025-ci il tarixində elan ediləcək.

THE “Fənnlər üzrə Dünya Universitetləri Reytinqi”

Fənnlər üzrə Dünya Universitetləri Reytinqi universitetləri 11 fənn üzrə qiymətləndirmək üçün nəzərdə tutulub. İncəsənət və Humanitar Elmlər, Biznes və İqtisadiyyat, Kompüter Elmləri, Mühəndislik, Tibb və Sağlamlıq, Fizika Elmləri, Psixologiya, Sosial Elmlər kimi sahələr daxildir.

QS Dünya Universitetləri Reytinqi

QS Dünya Universitetləri Reytinqi dünyanın ən yaxşı universitetlərinin  ətraflı reytinqini təklif edir. Bu reytinq on minlərlə ali təhsil müəssisəsi ilə əməkdaşlıq vasitəsilə məlumat sorğularının köməyi ilə tərtib edilir.

QS Fənnlər üzrə Dünya Universitetləri Reytinqi

“QS World University Rankings by Subjects” təhsil alanlara onlar üçün vacib olan fənn sahələrində təhsil verən qabaqcıl universitetlər haqqında məlumat verir.

QS Dayanıql İnkişaf üzrə Dünya Universitetləri Reytinqi

QS Dayanıql İnkişaf üzrə Dünya Universitetləri Reytinqi təhsil alanlara universitetləri dayanıqlı inkişaf istiqamətində verdiyi töhvələr əsasında qiymətləndirmək imkanı verir. Bu reytinq universitetlərin sosial və ətraf mühitə təsirini qiymətləndirir.