Gəncə Dövlət Universitetində akademik borcu qalantələbələrin yay semestri üzrə dərslər başlayıb

Gəncə Dövlət Universitetində 2024-2025-ci tədris ilinin payız və yaz semestrlərindən akademik borcu qalan tələbələr üçün yay semestri üzrə dərslərə başlanılıb. Universitetdə  yay semestri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ali Təhsil Müəssisələrinin bakalavriat və magistratura səviyyələrində əsas baza ali təhsilində tədrisin təşkili Qaydaları”na əsasən təşkil edilib.  

       14 iyul 2025-ci il tarixdən başlayan yay semestrində İqtisadiyyat və idarəetmə, Pedaqoji fakültələr, eləcə də Magistratura şöbəsi üzrə müxtəlif ixtisaslarda təhsil alan ümumilikdə 42 tələbə tədris məşğələlərində həftə içi 5 gündərslərdə iştirak edirlər.     

  Yay semestrinin təşkili üçün əvvəlcədən lazımi metodik sənədlər hazırlanıb, universitet və fakültələr üzrə təşkilatçı şəxslər təyin edilib. Dərslər universitetin fənn müəllimləri tərəfindən saathesabı qaydada icra edilir.   

  Tədris məşğələləri 15 avqust tarixdə yekunlaşacaqdır. Yay semestrinin imtahanları isə 18-22 avqust 2025-ci iltarixlərdə yazılı formada keçiriləcəkdir.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti