Gəncə Dövlət Universitetində Akademik İngilis Dili Təlimləri Davam Edir

Gəncə Dövlət Universitetində akademik heyət üçün keçirilən “Akademik və Peşəkar İngilis Dili Bacarıqlarının İnkişafı” adlı təlim proqramının dördűncű modulu  22 may 2025-ci il tarixdə baş tutdu. Bu dəfəki modulun mövzusu “Akademik müzakirə və debat bacarıqları” oldu. Təlim Qrammatika və ingilis dilinin tədrisi kafedrasının baş müəllimi Gülər Sadıqova tərəfindən keçirildi.

Təlimin əsas məqsədi ingilis dilində fikirləri əsaslandırmaq və arqument qurmaq, akademik müzakirələr üçün rəsmi ifadələri öyrənmək və aydın arqumentlərlə qurulmuş debatlarda iştirak etmək bacarıqları aşılamaq idi.

Təlim zamanı iştirakçılara müzakirə və debat arasındakı fərqlər, debat və müzakirələrdə istifadə olunan lazımi ifadələr təqdim olundu. Təlimçi debat  nümunəsi təqdim etdikdən sonra iştirakçılar onlara verilən mövzu üzərində əsaslandırılmış arqumentlər hazırladılar və mini debat təşkil etdilər.