Gəncə Dövlət Universitetində “Beyin Parkuru” adlı intellektual yarış keçirilib
Gəncə Dövlət Universitetinin Tarix-Coğrafiya fakültəsi və Qiyabi şöbənin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində tələbələr arasında “Beyin Parkuru” adlı intellektual yarış keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Universitetin Elm və innovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə, Tarix-Coğrafiya fakültəsinin dekanı Urfan Həsənov, Qiyabi şöbənin dekanı Elsəvər Nağıyev çıxış edərək bu cür tədbirlərin gənclər üçün əhəmiyyətindən danışıb və iştirakçılara uğurlar arzulayıblar.
Bilik yarışında “Bilik Cəngavərləri”, “Suveren Beyinlər” və “Qələbə Strategiyaları” adlı komandalar iştirak ediblər. Yarışın mentoru Elnur İsmayılov və Eldəniz Məmmədov tərəfindən qaydalar barədə iştirakçılara məlumat verilib.
Yekunda komandalar münsiflər heyəti tərəfindən qiymətləndiriliblər. Tarix-Coğrafiya fakültəsini təmsil edən “Qələbə Strategiyaları” komandası qalib elan edilərək simvolik kubok və sertifikatlarla təltif olunub. Digər komandalar isə fəal iştirak etdiklərinə görə təşəkkürnamə və sertifikatla mükafatlandırılıblar.