GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ ELMİ ŞURANIN NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR
02 dekabr 2021-ci il tarixdə Gəncə Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilmişdir. İclası giriş sözü ilə universitetin rektoru, professor Yusif Yusibov açaraq şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış etmiş və gündəlikdə duran məsələlərlə bağlı məruzəçilərin çıxışları dinlənilmişdir.
Elmi Şurada universitetin İnnovasiyalar Departamentinin direktoru Vasif Həsənov aidiyyatı üzrə hesabat verdikdən sonra, iştirakçılara Erasmus+ KA2 MEDIATS layihəsi çərçivəsində universitetin nəzdində açılmış “Mediasiya Mərkəz”i haqqında ətraflı məlumat vermişdir.
Layihənin yerli koordinatoru Vasif Həsənov rektorun müvafiq əmri ilə yaradılmış “Mediasiya Mərkəz”inin məqsəd və vəzifələri, fəaliyyət istiqamətləri, strukturu, müraciət qaydaları haqqında geniş məlumat vermişdir. Məlumatın sonunda “Mediasiya Mərkəz”inə rektorun müvafiq əmri ilə Ruslan Məmmədovun təyin edildiyini qeyd etmiş və onun bu sahədə çox təcrübəli və beynəlxalq sertifikatlı mediator olduğunu qeyd etmişdir.
Elmi Şuranın iclası cari məsələlərin müzakirəsi ilə başa çatmışdır.