Gəncə Dövlət Universitetində “Engage” layihəsi çərçivəsində növbəti təlim
Gəncə Dövlət Universitetinin tərəfdaş və Mingəçevir Dövlət Universitetinin koordinator olduğu “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) Erasmus+ layihəsi çərçivəsində növbəti təlim keçirilib.
Universitet əməkdaşlarına və tələbələrə “ENGAGE” layihəsi haqqında ətraflı məlumat verilib və təlimin əhəmiyyəti vurğulanıb. Təlimdə innovasiya sahəsində Portuqaliya təcrübəsindən danşılıb, “Startaplar”, “Startapların maliyyələşdirilməsi” mövzularından bəhs olunub.
Təlimin davamında universitetin Strateji planında yer alan innovasiya və sahibkarlıqla bağlı fəaliyyətlər mövzusu müzakirə olunub.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti