GƏNCƏ DÖVLƏT UNIVERSITETİNDƏ “STAJKEÇMƏNİN TƏŞKİLİ” MÖVZUSUNDA TƏLİM KEÇİRİLİB
12 may 2025-ci il tarixində Gəncə Dövlət Universitetinin II tədris binasında İnsan resursları şöbəsinin təşkilatçılığı ilə “Stajkeçmənin təşkili” mövzusunda təlim keçirilib.
Təlimdə universitetin müvafiq kafedralarının professor-müəllim heyəti və tədris-köməkçi heyəti iştirak edib.
Təlimin ilk günü Tədris prosesində iştirak edən əməkdaşlar üçün staj proqramının təşkilimövzusunda geniş müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.
Bu cür tədbirlər universitetdə tədris prosesinin keyfiyyətinin artırılması və normativ sənədlərlə işləmək bacarıqlarının təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti


