Gəncə Dövlət Universitetində yay semestrinin imtahan sessiyası davam edir
Gəncə Dövlət Universitetində 2024/2025-ci tədris ilində akademik borcu qalmış tələbələr üçün yay semestri üzrə tədris məşğələləri artıq başa çatıb. 18 avqust 2025-ci il tarixdə isə universitetdə yay semestrinin imtahan sessiyası başlayıb. Yazılı formada keçirilən imtahanlar 22 avqust tarixdə yekunlaşacaq.
Yay imtahan sessiyasının keçirilməsi üçün İqtisadiyyat və idarəetmə, Pedaqoji fakültələri, eləcə də Magistratura şöbəsi üzrə hər cür şərait yaradılıb.
Qeyd edək ki, Gəncə Dövlət Universitetində akademik borcu qalmış tələbələr üçün yay semestri 14 iyul 2025-ci il tarixdə başlayıb və tədris məşğələləri 15 avqust tarixdə yekunlaşıb.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti





