Gəncə Dövlət Universitetinin məzunları 45 ildən sonra doğma ali məktəblərində görüşdülər
Gəncə Dövlət Universitetində 1980-ci ildə Fizika-riyaziyyat fakültəsinin Riyaziyyat ixtisasını bitirmiş məzunlar 45 ildən sonra doğma ali təhsil müəsisəsində görüşdülər. Görüş məzunların təhsil aldıqları ikinci tədris korpusunda keçirildi. Məzunlar müstəqillik dövründə dövlətimizin və Cənab Prezident İlham Əliyevin bu ali təhsil ocağına göstərdiyi diqqət və qayğının nəticəsində yaradılan şəraitlə tanış oldular. Görüşdə məzunlarla eyni ildə Fizika-riyaziyyat fakültəsinin fizika ixtisasını bitirmiş və hazırda Universitetdə Fizika kafedrasının müdiri vəzifəsində çalışan Yəhya Namazov da iştirak etdi.
Görüşün təşkilatçısı 45 illik pedaqoji fəaliyyətinin 35 ilini Göygöl rayonunda məktəb direktoru çalışan Məcid Məmmədov məzunlara göstərdikləri köməyə görə Universitetin rektoru, professor Yusif Yusibova minnətdarlığını bildirdi. Sonda məzunlar xatirə şəkili çəkdirdilər.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti




