GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN PROFESSOR –MÜƏLLİM HEYƏTİ QAZAXDA ORTA MƏKTƏB ŞAGİRDLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİB
Gəncə Dövlət Universitetinin (GDU) professor-müəllim heyəti Qazax rayon Təhsil sektorunda 30-a yaxın orta ümumtəhsil məktəbində müəllimlər və yuxarı sinif şagirdləri ilə görüş keçirib.
Qazax rayon Təhsil sektorunun əməkdaşı Əziz Məmmədov çıxış edərək görüşün əhəmiyyətindən danışıb. Bildirib ki, əsas məqsəd Gəncə Dövlət Universiteti ilə rayonda fəaliyyət göstərən ümumtəhsil məktəbləri arasında əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirmək və universitetdə tədris olunan ixtisaslar barədə şagirdləri ətraflı məlumatlandırmaqdır.
Universitetin işçi qrupunun üzvləri dosent A.Quliyev, dosent C.Qarayev, dosent C.Bağırzadə, dosent M.Abadov, dosent M.Orucov çıxışlarında fakültələr, tədris olunan ixtisaslar, ali məktəbin beynəlxalq əlaqələri və rayonlarda şagirdlərlə keçirilən görüşlər haqqında ətraflı məlumat veriblər.
Daha sonra Gəncə Dövlət Universitetinin tədris binaları, kitabxanalar, idman zalları, laboratoriyalar, auditoriyalar və Tələbə Evi haqqında olan videoçarx nümayiş etdirilib.
Görüşdə şagirdlərə universitetin fəaliyyətinə dair məlumat kitabçası, diyircəkli qələm və dəftərçə təqdim olunub.
Sonda şagirdlərin sualları ətraflı cavablandırılıb.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti