GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN TƏLƏBƏLƏRİ ASUDƏ VAXTLARINI SƏMƏRƏLİ KEÇİRİRLƏR

Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə gənclərin  asudə vaxtının səmərəli təşkili məqsədilə müxtəlif fakültələrinin tələbələri üçün Gənclər evində görüş təşkil edilib. İlk öncə Gənclər evinin qarşısında yaradılmış şəraitdən yararlanan gənclər idman alətlərindən istifadə edərək maraqlı vaxt keçiriblər. Daha sonra tələbələr Gənclər evinədə yaradılan şəraitlə yaxından tanış olub, stolüstü tennis, bilyard oynayıb, trenojor zalının xidmətlərindən istifadə ediblər.