Gəncə Dövlət Universitetinin tələbələrindən ibarət komanda Debat forumunda qalib gəliblər

      YAP Gəncə şəhər Təşkilatı və Gəncə Regional Debat Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci il dönümünə həsr olunmuş Debat forumu keçirilib. Debat forumunda GDU-nun tələbələrdən ibarət “Maariflər” komandası da iştirak edib. Komandanın üzvləri GDU-nun Kimya-biologiya fakültəsinin birinci kurs tələbələri  Nigar Səfərova və Fatimə Quliyeva, eləcə də Filologiya fakültəsinin birinci kurs tələbəsi Rəbiyyə Əkbərova idi.

   Keçirilən debat forumunda ümumilikdə ali və orta ixtisas məktəblərindən,  eləcə də  idarələrin könüllərdən ibarət 16 komanda iştirak edirdi. GDU-nun tələbələrdən ibarət “Maariflər” komandası finalda YAP Gəncə şəhər Təşkilatının könüllərindən ibarət “Elit trio” komandası ilə yarışıb. Yarışda  komandaların üzvləri rəqəmsal platforma ətrafında öz fikirlərini söyləyiblər.

     Mövzuya uyğun olaraq “Maariflər” komandasının üzvlərinin fikirlər daha dolğun və ətraflı olduğu üçün qalib gəlib. Qaliblərə təşkilatçılar tərəfindən sertifkat və medallar təqdim edilib.

     Debat forumunda qalib gələn GDU-nun tələbələrdən ibarət “Maariflər” komandasının üzvləri ilə Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva görüşüb, debat forumunda qələbə qazanmaları münasibəti ilə tələbələri təbrik edib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti