Gəncə və Qomel şəhərləri qardaşlaşıb
Gəncə şəhəri Belarus Respublikasının Qomel şəhəri ilə qardaşlaşıb.
Sənədlərin imzalanması may ayının 16-da Azərbaycan Prezidenti İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə keçirilən mərasimdə baş tutub.
Belə ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Qomel Şəhər İcra Komitəsinin sədri Vladimir Privalov “Gəncə şəhəri (Azərbaycan Respublikası) ilə Qomel şəhəri (Belarus Respublikası) arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair Anlaşma Memorandumu”nu imzayıblar.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti