Gəncənin raket atəşinə tutulmasının üçüncü ildönümü ilə əlaqədar yürüş keçirilib

Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinin 17 oktyabr 2020-ci il tarixində raket atəşinə tutulmasının üçüncü ildönümü ilə əlaqədar yürüş keçirilib.

   Gəncə Dövlət Universitetinin rəhbərliyi, o cümlədən kollektivi Gəncə şəhər İcra Hakimiyyətinin başısı Niyazi Bayramov və ictimaiyyət nümayəndələri ilə birgə yürüşdə iştirak ediblər.

   Yürüş iştirakçıları 44 günlük Vətən Müharibəsi dövründə Ermənistan tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində Ə.Rəfibəyli küçəsi, “Qələbə” parkının yaxınlığında dağılan ərazini ziyarət ediblər və terror zamanı həyatını itirən dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq dağılmış evlərin ətrafına gül düzüblər.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti