Gəncə Dövlət Universiteti Sizi ad gününüz münasibətilə təbrik edir

Bu gün ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ad günüdür. Bu münasibətlə Gəncə Dövlət Universitetinin kollektivi onu səmimi qəlbdən təbrik edir, həyatda ən əziz nemət olan cansağlığı arzu edir.

Azərbaycanın tarixi və mədəni irsinə biganə qalmayan hər kəs Sizinlə fəxr edir. Sizin enerjiniz, dərin biliyiniz və kreativliyiniz ölkədə əsl “muzey inqilabı”nı həyata keçirməyə kömək etdi. Xalçalarımız, kəlağayılarımız, Novruz bayramı, muğam və aşıq sənəti YUNESKO tərəfindən dünya mədəni irsinin tərkib hissəsi kimi qəbul edildi. Çoxsaylı Azərbaycan gecələri, konsertlər, sərgilər və səyyar ekspozisiyalar bir çoxları üçün Azərbaycanla ilk tanışlıq oldu.
İndi dünya xalqları Avropa və Şərq incəsənətinin mirvarilərinin – Strasburqdakı əzəmətli kilsə, Versal sarayı, Berlin qəsri, Roma katakombaları, Şamaxıdakı Cümə məscidi (ən qədim müsəlman məbədlərindən biri), Pir Həsən ziyarətgahı, Azərbaycandakı məscidlər, katolik və pravoslav kilsələri, digər mədəni və dini abidələrin bərpasında göstərdiyiniz köməyə görə Sizə təşəkkür edir. Bu addım söz yox ki, əsl humanizm, tolerantlıq, multikulturalizm təzahürüdür.
Rostropoviç adına festivalı və əlbəttə ki, Qəbələ festivalını hədiyyə etdiyiniz klassik musiqi sevərlər Sizə minnətdarlıqlarını bildirirlər. Musiqinin bu parlaq bayramı Azərbaycanın ən gözəl guşələrindən birində hər il müxtəlif ölkələrdən ulduz ifaçıları bir araya gətirir və Qafqaz Albaniyasının qədim paytaxtı Qəbələni beynəlxalq musiqi və ifaçılıq sənəti mərkəzinə çevirir.
Valideyn himayəsindən məhrum olmuş uşaqlara göstərdiyiniz qayğıya görə, eləcə də minlərlə yenilənmiş məktəbə, insanlara qaytarılan sağlamlığa, istedadlı gənclərə göstərdiyiniz dəstəyə, çətin dəqiqələrdə köməyə görə bütün xalqımız Sizə minnətdardır.
Hörmətli Mehriban xanım! Müstəqil respublikamızın gələcəyi naminə böyük işlərin başlanğıcındasınız. Bu yolda Sizə uğurlar və möhkəm cansağlığı arzulayırıq!
Ad gününüz mübarək, Mehriban xanım!