GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ 2021-2022-Cİ TƏDRİS İLİNİN YAZ İMTAHANLARI BAŞLAYIB

01 iyun 2022-ci il tarixdə Gəncə Dövlət Universitetində təhsilin hər iki səviyyələsində əyani təhsil forması üzrə ixtisaslarda yaz imtahan sessiyası başlayıb. İmtahanlar yazılı, test, xüsusi qabiliyyət tələb edən ixtisaslarda qabiliyyət, Avropa İttifaqının ERASMUS+ proqramının Azərbaycan Universitetlərində keyfiyyətə nəzarət mərkəzlərinin yaradılması və inkişafı EQAC adlı layihəsi çərçivəsində  icra olunacaq yeni kurrikulumun tətbiqi pilot layihəsi üzrə hazırlanan Biologiya müəllimliyi ixtisasında isə şifahi formada keçiriləcəkdir.

İmtahan sessiyası başlayana qədər təlimata uyğun hazırlıq işləri yerinə yetirilmiş, imtahan otaqları ayrılmış, test imtahanlarının keçirilməsi üçün otaqlar kompüterlərlə təchiz edilmişdir.  Tələbələrin semestr ərzində topladıqları  ballar universitetin serverində elektron formada yerləşdirilmişdir.

Yazılı imtahanlar üçün 60, test imtahanları üçün isə 300-500 sual hazırlanıb. Test suallarının cavabları “A” variantında əvvəlcədən tələbələrə paylanılıb.

İmtahan sesiyasının mütəşəkkil keçirilməsi, müvafiq metodiki işlərin həyata keçirilməsi və imtahan sesiyasına nəzarət edilməsi məqsədilə Universitet üzrə “İmtahan mərkəzi” və imtahan zamanı ictimai nəzarətin həyata keçirilməsi, hesabatlılığın və şəffaflığın təmin edilməsi məqsədilə Gəncə şəhərinin Respublikada tanınmış ziyalılarından, elm xadimlərindən, millət vəkillərindən, KİV nümayəndələrindən, tələbələrin valideynlərindən və QHT üzvlərindən ibarət “İctimai nəzarət şurası” yaradılıb.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Qaynar xətt” xidməti ilə əlaqə yaratmaq və imtahanlar zamanı baş vermiş neqativ hallar haqqında operativ məlumat ötürmək məqsədilə Universitet üzrə “İmtahan qərargahı” fəaliyyət göstərir.

Yekun Dövlət Attestasiyası Universitet üzrə 22 iyun-05 iyul 2022-ci il tarixdə təşkil olunacaqdır.