Gəncə Dövlət Universitetində qiyabi formada təhsil alan tələbələrin dərsləri başlayıb

7 yanvar 2024-cü tarixdə Gəncə Dövlət Universitetində qiyabi formada təhsil alan tələbələrin dərsləri başlayıb.

Qiyabi şöbənin müdiri Elsevər Nağıyev tələbələrlə görüşüb və onlara dərslərində uğurlar arzulayıb. Görüş zamanı qeyd edilib ki, dərslərin yüksək səviyyədə təşkili, gənclərin zəruri dərsliklərlə təminatı və imtahanların obyektiv, şəffaf keçirilməsi daim universitet rəhbərliyi tərəfindən diqqətdə saxlanılır.

 Görüşdə dərslər və imtahanlarla bağlı tələbələri maraqlandıran suallar ətraflı cavablandırılıb.