Gəncə Dövlət Universitetinin baza müəssisəsi olan 2 saylı körpələr evində Zəfər Günü qeyd olundu

GDU-nun baza müəssisəsi olan 2 saylı körpələr evi uşaq bağçasında Zəfər günü ilə əlaqədar bayram tədbiri keçirilmişdir. Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi, GDU-nun Təcrübə və karyera şöbəsinin müdiri, Pedaqoji fakültənin Məktəbəqədər təlim-tərbiyə ixtisasının IV kurs tələbələri və bağçanın kiçik yaşlı fidan balaları iştirak edirdilər.

Tədbiri 2 saylı körpələr evi uşaq bağçasının müdiri Məhəbbət Atakişiyeva açaraq 44 gün sürən hərbi əməliyyatlar nəticəsində Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cənablarının rəhbərliyi ilə aparılan uğurlu siyasətdən, qüdrətli ordumuzun keçdiyi şərəfli yoldan və tarixi qələbəmizdən danışdı.

Tədbirdə çıxış edənlər Respublikamızda yüksək elmi dünyagörüşə, hərtərəfli hazırlığa, vətənimizə, xalqımıza, öz soykökümüzə, millətinə, dilinə, elminə bağlı əsl vətəndaşların hazırlanmasına böyük ehtiyac olduğunu qeyd etdilər. Vətənimizin gələcəyi məhz onların hazırlıq səviyyəsinin necəliyindən asılı olduğu üçün vətəndaş tərbiyəsi günümüzün birinci dərəcəli vəzifəsi kimi bu gün xalqımızın və dövlətimizin qarşısında durur. Bu sahədə müəllimlərin, tərbiyəçilərin üzərinə daha çox yük, məsuliyyət düşür.

2 saylı körpələr evi uşaq bağçasının kiçik yaşlı fidan balalarının Zəfər Günü ilə əlaqədar hazırladığı konsert proqramı tədbir iştirakçılarına təqdim olundu.

Tədbirin sonunda tələbələr kiçik yaşlı fidan balalarla xatirə şəkilləri çəkdiriblər