Gəncə Dövlət Universitetinin idmançı tələbələri yaradılan şəraitdən bəhrələnib uğurların sayını artırırlar

2021-2022-ci tədris ili Gəncə Dövlət Universitetinin tələbə idmançıları üçün də yaddaqalan olacaq. Bu müddət ərzində istər şəhər birinciliyində, istərsə də respublika yarışlarında nümunəvi çıxışlar edən tələbələr universitetin idman şərəfini layiqincə qoruyaraq yüksək nailiyyətlərə imza atmışlar. Qazanılan bu nailiyyətlər isə söz yox ki, universitetin rektoru, professor Yusif Yusibovun İdmana və idmançılara olan diqqət və qayğısının məntiqi nəticəsidir. Belə ki, ali təhsil ocağında idmanın müxtəlif növləri üzrə yaradılmış bütün komandaların  təminatı yüksək səviyyətə təşkil edilmişdir. Onlara yaradılan yüksək şəraitdən bəhrələnən idmançılar keçirilən bütün yarışlardan uğurla qayıtmışlar. 

Məsələn, cari ilin noyabr-dekabır  aylarında AHİK-in təşgilatclıqı ilə kecirilən  Futzal üzrə respublika çempionatında məşqçi Tural Əliyevin rəhbərlik etdiyi komanda 3-cü yerə layiq görülmüşdür. 

          10-19 may 2022-ci il tarixdə Təhsil Nazirliyi  və  ABF-nin təşgilatclığı ilə kecirilən  bosketbol üzrə respublika çempionatında məşqçi İlhamə Quliyevanın rəhbərlik etdiyi qızlardan ibarət  basketbol komandası 2-ci yerə çıxmışdır. Gəncə şəhərindəki ali  və  orda ıxtisas  təhsil müəssisələri arasında kecirilən spartakiadada isə  1-ci yerə layiq görülmüşdür.

Onu da diqqətə çatdıraq ki, idmanın müxtəlif növləri üzrə yaradılmış komandaların mötəbər yarışlarda qalib adı almasında universitetin idman klubunun sədri Xəqani Umudovun və sədr müavini Nigar Qasımovanın böyük əməyi olmuşdur. Qeyd edək ki, qazanılan bu nailiyətlərə görə hər iki şəxs rektorluq tərəfindən bir neçə dəfə mükafatlandırılmışdır.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti.