Gəncə Dövlət Universitetinin professor-müəllim heyəti Gədəbəydə orta məktəb kollektivi ilə görüş keçirib

Gəncə Dövlət Universitetinin professor-müəllim heyəti   Gədəbəy rayon Təhsil sektorunda 18–ə  yaxın orta ümumtəhsil məktəbinin rəhbər müəllimləri və şagirdləri ilə görüş keçirib.

Gədəbəy rayon Təhsil sektorunun əməkdaşı Şahzadə Qəhrəmanlı çıxışında qeyd edib ki, görüşün əsas məqsədi Gəncə Dövlət Universiteti ilə rayonda fəaliyyət göstərən ümumtəhsil məktəbləri arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin yaradılması və GDU-da tədris olunan ixtisaslar haqqında şagirdlərin məlumatlandırılmasıdır.

     Universitetin işçi qrupunun üzvləri dosent A.Quliyev, dosent C.Qarayev, dosent C.Bağırzadə, dosent M.Məmmədov çıxışlarında universitetdə mövcud ixtisaslar, fakültələr, ali məktəbin beynəlxalq əlaqələri və digər rayonlarda şagirdlərlə keçirilən görüşlər haqqında ətraflı məlumat veriblər.

Görüşdə Gəncə Dövlət Universitetinin tədris binaları, laboratoriyaları, kitabxanaları, idman zalları və tələbə yataqxanası haqqında olan məlumatları əks etdirən videoçarx nümayiş olunub.

Gədəbəy rayon orta məktəbinin müəllimi Vahid Əliyev və digər müəllimlər çıxışlarında Gəncə Dövlət Universitetinin məzunları olduqları üçün fəxr etdiklərini qeyd ediblər, görüşün əhəmiyyətindən danışıblar.

     Sonda şagirdlərə universitetin fəaliyyətini əks etdirən bukletlər, diyircəkli qələmlər və blaknotlar təqdim edilib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti