Gənc Xarici Dil Müəllimləri Birliyi barədə məlumatlandırma sessiyası keçirilib

        Gəncə Dövlət Universtetində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasına (AGMA) daxil olan Gənc Xarici dil Müəllimləri Birliyi barədə məlumatlandırıcı görüş keçirilib.

     Görüşdə universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, müəllimlər və tələbələr iştirak ediblər.

     Gənc Xarici Dil Müəllimləri Birliyinin sədri Günay Əkbərova birlik haqqında geniş təqdimatla çıxış edib. Təqdimatda Birliyin 2023-cü il və 2024-cü il üzrə fəaliyyət istiqamətləri, strateji məqsədləri və üzvlük haqqında ətraflı məlumat öz əksini tapıb.

     Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb, tələbə və müəllimlərə kitab hədiyyələri təqdim edilib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti