GDU-da “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib

Gəncə Dövlət Universitetində “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib.

  Konfransda Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev və professor-müəllim heyəti iştirak edib.

    Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

  Tədbirdə 20 Yanvar faciəsinə həsr olunmuş video-çarx nümayiş olunub.

 Tədbiri giriş sözü ilə açan Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov  qeyd edib ki, qan yaddaşımıza əbədi həkk olunmuş 1990-cı ilin 20 Yanvar hadisələri tariximizin özündə faciə və qəhrəmanlığı ehtiva edən unikal səhifəsi, Azərbaycanın sonrakı taleyinə əhəmiyyətli təsiri olan dönüş nöqtəsidir. Sovet rejiminin  vandalizm aktı törətməsi nəticəsində onlarla dinc sakinimiz qətlə yetirilmiş, yüzlərlə günahsız insan isə bu faciə zamanı yaralanmış, zərər çəkmişdir.  Həmin qanlı hadisələrə görə müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı səfirliyinə gedərək Mixail Qorbaçovun rəhbərlik etdiyi sovet rejiminin bu çirkin əməlini şiddətlə qınayan bəyanatla çıxış etmiş, xalqımızın haqq səsini cəsarətlə bütün dünyaya çatdırmışdır. 1994-cü il yanvar ayının 5-də Ümummilli Lider Heydər Əliyevin müvafiq Fərmanı ilə Milli Məclisin müzakirəsinə təqdim edilən və nəhayət həmin ilin mart ayında tərəfindən təsdiqlənən 20 yanvar faciəsinə siyasi qiymət verən bu sənəd bir daha Azərbaycan xalqının öz haqıqnı tələb edə bilməsini, ona qarşı cinayət törətmiş caniləri mühakimə etməyi bacarmasını sübut etdi.  

Tədbirin davamanında Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev tədbir iştirakçılarını Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun adından salamlayaraq bildirib ki, Ulu Öndər tarix yaradan bir şəxsiyyət olmaqla yanaşı, həm də tarixi hadisələrə ən doğru-düzgün qiymət verən mütəfəkkir dövlət xadimi, misilsiz bir şəxsiyyətdir. Azərbaycan dövləti tərəfindən 20 Yanvar şəhidlərinin adının əbədiləşdirilməsi, onların ailələrinə qayğı göstərilməsi ölkə başçısı Cənab İlham Əliyevin daim diqqət mərkəzindədir.

Tədbirin davamanında universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva “Heydər Əliyev və 20 Yanvar həqiqiqətləri”, rektorun baş müşaviri Asif Cavadov “20 Yanvar faciəsi və Heydər Əliyev prinsipial mövqeyi”, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri Maqbet Əhmədov “20 Yanvar-xalqın tarixində şərəfli səhifədir”, Azərbaycan tarixi kafedrasının baş müəllimi Eldar Mehdiyev “20 Yanvar hadisələri- Azərbaycan xalqının suveren hüquqlarına ziddir”, Filologiya fakültəsinin tələbəsi Seyhun Rzayev “20 Yanvar faciəsi xalqımızın fədakarlıq və qəhrəmanlıq zirvəsi” məruzələri ilə çıxış ediblər.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti