GDU-da açıq dərslər keçirilib

     Gəncə Dövlət Universitetinin kafedralarında boş olan  dosent və baş müəllim yerlərini tutmaq üçün müraciət etmiş namizədlərin bilik və bacarıqlarını yoxlamaq məqsədilə açıq dərslər keçirilib .

      İlk dəfə müsabiqədə iştirak etmək istəyən müxtəlif kafedralardan 10 nəfər müəllim vakant baş müəllim yerini, 9 nəfər baş müəllim isə dosent yerini tutmaq üçün universitet tərəfindən yaradılan komissiya qarşısında müxtəlif mövzularda nümunəvi dərs keçiblər.

      Açıq dərslərdə universitetin Tədris məsələləri üzrə prorektoru Şahin Xurşudov, Elm və İnnovasiyalar üzrə prorektor Pərvin Kərimzadə, Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva, universitetin Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova, rektorun baş müşaviri Asif Cavadov,  elmi katib Seymur Meşaik, Tədris Departamentinin direktoru Elturan Yusibov, İnnovasiyalar Departamentinin direktoru Vasif Həsənov, GDU-nun Keyfiyyətin Təminatı Mərkəzinin müdiri İsmayıl İsmayılov, Tədrisin təşkili və idarə olunması sektorunun müdiri Sevinc Quliyeva və müvafiq fənn üzrə mütəxəssislər iştirak ediblər.

     Yekunda  komissiya üzvləri tərəfindən açıq dərslər ətrfalı təhlil edilib və namizədlərə lazımi tövsiyələr verilib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti