GDU-da akademik heyət və doktorantlar üçün növbəti təlim

25 aprel 2025-ci il tarixdə Gəncə Dövlət Universitetində akademik heyət və doktorantlar üçün elmi-tədqiqat sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, müxtəlif tədqiqat sistem-tətbiqlərdən istifadə qaydaları və beynəlxalq qrant imkanları üzrə növbəti təlim  təkşil olunub.

Təlim Universitetin Elm və innovasiyalar üzrə prorektorluğu və Beynəlxalq əlaqələr şöbəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov çıxış edərək təlimin əhəmiyyətindən bəhs edib.  

Daha sonra “Clarivate” şirkətinin Azərbaycan üzrə nümayəndəsi, sahə üzrə təhsil eksperti İltifat İbrahimov “Web of Science” platformasının funksionallıqları, axtarış və analitika imkanları, təşkilat və tədqiqatçı profillərinin yaradılması, “Journal Citation Reports” və “Master Journal List” kimi istiqamətlər haqqında ətraflı məlumat verib. Bununla yanaşı elektron elmi-tədqiqat bazalarında təşkilat profili, tədqiqatçı profili, “EndNote Referans” idarəetmə sistemi və bu sistemlər üzərindən beynəlxalq tədqiqat, mobillik və qrant imkanlarından yararlanmaq üçün praktiki fəaliyyət haqqında danışıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti