GDU-da ali təhsil müəssisələrində tədris prosesinin səmərəli təşkili ilə bağlı təlim təşkil olunub
16 may 2025-ci il tarixdə Gəncə Dövlət Universitetində Təhsilin pedaqogikası və metodikası kafedrasında növbəti təlim keçirilib. “Müasir təlim texnologiyalarının tətbiqi ilə tələbələr-müəllimlər üçün səriştələrin artırılmasının effektiv təlim və öyrənmə mühitinin yaradılasının əhəmiyyəti” mövzusunda olan təlimin məqsədi ali təhsil müəssisələrində tədris prosesinin səmərəli təşkili, təlimin məqsədyönlü planlaşdırılması və müasir pedaqoji metodların tətbiqi istiqamətində iştirakçılara nəzəri və praktik biliklər qazandırmaqdır.
Dosent Günay Kazimova tərəfindən aparılan təlimdə tədris vərdişlərinin təhlili, öyrənmə çətinliklərinin müəyyən olunması və korreksiya bacarıqlarının inkişafı üçün effektiv strategiyaların qurulması mövzularına xüsusi diqqət yetirilib. İştirakçılar fərdi yanaşma, differensiallaşdırma və interaktiv təlim metodlarından istifadə yollarını öyrənib, real tədris situasiyalarında tətbiq imkanlarını təhlil ediblər.