GDU-da bakalavriat təhsil səviyyəsi üzrə buraxılış kurs tələbələrinin Yekun Dövlət attestasiyası keçirilib

              Gəncə Dövlət Universitetində (GDU) 2022/2023-cü tədris ilini bitirən tələbələrin Yekun Dövlət Attestasiyası keçirilib.

      Yekun Dövlət Attestasiyasında tədris proqramını tam başa vurmuş və tədris planında nəzərdə tutulmuş bütün növ sınaq attestasiyalarından müvəffəqiyyət qazanmış  buraxılış kurs tələbələri iştirak ediblər.

     Yekun Dövlət Attestasiyası həm buraxılış işinin müdafiəsi, həm də dövlət imtahanı formasında  təşkil olunub.

     Dövlət imtahanında 500-ə yaxın  tələbənin biliyi kompüterdə test üsulu ilə qiymətləndirilib. 50 test sualını cavablandırmaq üçün tələbələrə 1 saat vaxt təyin edilib.

   Universitetdə imtahanların mövcud əsasnamələrə uyğun keçirilməsi və tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək üçün lazımi şərait yaradılıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti