GDU-da beynəlxalq mediasiya kursuna qəbul elan olunur

Gəncə Dövlət Universitetinin Avropa Komissiyasının Erasmus + proqramı çərçivəsində üzv olduğu “MEDİATS: Təlimin və Cəmiyyətin transformasiyası” layihəsinə və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 mart 2019-cu il  № 1555-VQ saylı təsdiq etdiyi “Mediasiya haqqında Azərbaycan Respublikasının Qanunu” qanunun icrasında mediasiya sahəsinə töhvə verilməsi məqsədi ilə “Mediyasiyanın əsasları” adlı kursa tələbə qəbul elan olunur. Kurs bütün fakültələt üzrə bakalavr və magistratura təhsil səviyyələrində təhsil alan tələbələr üçün nəzərdə tutulur. İntensiv kursun əsas məqsədi mediasiya sahəsi üzrə təcrübəli mütəxəsisləri hazırlamaqdır. Bu məqsədlə təşkil olunacaq 5 həftəlik kursda (avqust ayının ilk həftəsi başlamaqla) ümumilikdə 6 həftəlik (30 ECTS) modul olmaqla, tələbələr mübahisələrin daha səmərəli həlli məqsədilə mübahisələrin həllinin alternativ üsulları, mediator siyasəti, mediasiyanın icra mexanizmləri və mediasiya dəyərlərinin Azərbaycanda tətbiqi və s. kimi mövzularda təqdimatlar keçiriləcəkdir. Tam kursu bitirdikdən sonra məzunlar həm GDU-nin rektoru, həm də layihənin əsas koordinator olan Niderland Biznes Akademiyasının rektorunun imzası ilə tərəfindən təsdiq edilmiş beynəlxalq sertifikat əldə edəcəklər. Avropa universitetlərinin təcrübəsinə əsaslanaraq hazırlanmış modulun yekununda yüksək nəticələr əldə edən tələbələr Niderland Krallığı və İspaniya Krallığından qısa müddətli təcrübə keçmək hüququ qazanacaqlar. Qeyd edək ki, təlimləri beynəlxalq sertifikatlaşmadan keçmiş təcrübəli mütəxəssislər tədris edəcəklər. Bu mütəxəssislər Niderland, Latviya və İspaniya da beynəlxalq təlimlərdə iştirak edərək “Sertifikatlaşmış beynəlxalq mediator”, “Mediasiya siyasətini təbliğ edən nümayəndə” diplomları ilə təltif olunublar. Qeyd edək ki, imtahanlardan yüksək ballar toplayaraq əldə olunan bu diplomlar Beynəlxalq Mediasiya Federasiyası və Niderland Biznes Akademiyasının birgə hazırladığı diplomlardır. Bu diplomlar beynəlxalq səviyyədə tanınır və reysterdə qeydiyyatdan keçmişdir.

Kurs ödənişsiz və yalnız Gəncə Dövlət Universitetinin tələbələri üçün nəzərdə tutulub. Kursa qəbul məhdud saydadır və kurs ingilis dilində olacağından namizədlərin ingilis dilində ən azından orta səviyyədə bilmələri əsas şərtlərdəndir.

Kursda iştirak etmək istəyənlər formda tələb edilən məlumatları doldurmalıdır: https://forms.office.com/r/v7xxUEKj8D