GDU-DA DOKTORANTLARLA GÖRÜŞ
Gəncə Dövlət Universitetində fəlsəfə doktoru proqramı üzrə təhsil alan doktorantlar və dissertanlarla görüş keçirilib.
Universitetin Elm və İnnovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə Gəncə Dövlət Universitetində təhsil alan doktorantlar üçün yaradılan şəraitdən danışıb. Prorektor qeyd edib ki, hazırda universitetdə fəlsəfə doktoru proqramı üzrə 33 doktorant və 32 dissertant təhsil alır. Doktorantların tədqiqat fəaliyyəti ilə yaxından tanışlıq məqsədilə ənənəvi olaraq hər il doktorantların hesabatları götürülür və dinlənilir.
Görüşdə Doktorantura şöbəsinin müdiri Maqsud Vəliyev elmi işlərin hazırlanması, araşdırmaların aparılması, məqalələrin hazırlanması və çapı ilə bağlı ətraflı söhbərt açıb.
Doktorantlar dissertasiya işləri barədə məlumat verərək onları narahat edən məsələləri qeyd ediblər. Mövcud problemlər müzakirə olunaraq həll olunması istiqamətində fikir mübadiləsi aparılıb və tövsiyələr verilib.
Qarşılıqlı diskussiya şəraitində davam edən görüşdə doktorantları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti